Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Aktual.az fərmanın mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 1, maddə 61, № 4, maddə 647; 2020, № 8, maddələr 1039, 1044, 1047; 2021, № 8, maddə 919, № 9, maddə 990, № 11, maddə 1217; 2022, № 5, maddə 475, № 10, maddə 1133, № 11, maddə 1264; 2023, № 1, maddə 84, № 2, maddə 245; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 may tarixli 2154 və 2161 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.3-cü bəndə "dəyişdirilməsi” sözündən sonra ", şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıda (çipdə) məlumatların dəyişdirilməsi” sözləri əlavə edilsin.
2. 5.7-ci bənd üzrə:
2.1. birinci abzasda "əməliyyatların” sözü "əməliyyatlar və onların” sözləri ilə əvəz edilsin;
2.2. 5.7.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"5.7.1. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;”;
2.3. 5.7.3-cü yarımbənd ləğv edilsin;
2.4. 5.7.4-cü yarımbənddən "torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin” sözləri çıxarılsın;
2.5. aşağıdakı məzmunda 5.7.5 – 5.7.15-ci yarımbəndlər əlavə edilsin:
"5.7.5. daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;
5.7.6. daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi;
5.7.7. daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi;
5.7.8. torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi;
5.7.9. daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi;
5.7.10. yerquruluşu planının verilməsi;
5.7.11. daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi;
5.7.12. ünvan reyestri məlumat bazasından arayışların verilməsi;
5.7.13. ünvan xəritələrindən çıxarışların verilməsi;
5.7.14. daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi;
5.7.15. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi;”.
3. 5.20.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.21 – 5.24-cü bəndlər əlavə edilsin:
"5.21. energetika sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
5.21.1. ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi;
5.21.2. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;
5.21.3. mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi;
5.21.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;
5.21.5. elektrik enerjisinin nəqlinə icazənin verilməsi;
5.21.6. elektrik enerjisinin paylanmasına icazənin verilməsi;
5.21.7. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi;
5.21.8. qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;
5.21.9. qazın nəqli üçün icazənin verilməsi;
5.21.10. qazın paylanmasına icazənin verilməsi;
5.21.11. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi;
5.21.12. neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi;
5.21.13. neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi;
5.21.14. neft və neft məhsullarının emalına icazənin verilməsi;
5.21.15. neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi;
5.22. təhsil sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
5.22.1. təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;
5.22.2. sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatların verilməsi;
5.23. fövqəladə hallar sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
5.23.1. təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi;
5.23.2. partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi;
5.24. ətraf mühitin mühafizəsi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
5.24.1. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi;
5.24.2. balıqovlama biletinin verilməsi;
5.24.3. ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması;
5.24.4. ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə xüsusi icazənin verilməsi.”.
4. 6-cı hissəyə "Kənd Təsərrüfatı Nazirliyinə,” sözlərindən sonra "Energetika Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə,” sözləri əlavə edilsin.
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.2. həmin Məcəllənin 67-1.4.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən haqqın məbləğinin dəyişdirilməsi zərurətini öyrənsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 44; 2002, № 8, maddə 478; 2006, № 8, maddə 677, № 12, maddə 1034; 2007, № 3, maddə 226; 2009, № 6, maddə 414; 2011, № 11, maddə 1009; 2016, № 3, maddə 471, № 6, maddə 1045; 2017, № 3, maddə 352, № 4, maddə 551, № 8, maddə 1517; 2018, № 11, maddə 2261; 2019, № 6, maddə 1030, № 12, maddə 1931; 2020, № 11, maddə 1358; 2021, № 7, maddə 737; 2022, № 5, maddə 476; 2023, № 1, maddələr 85, 98; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 iyun tarixli 2166 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-1-ci bənddə "118.2-ci maddəsində” sözləri "67-1.6-cı və 118.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;
4.2. 2.6-cı bəndə "Məcəllənin” sözündən sonra "67-1.4.5-ci,” sözləri əlavə edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2009, № 2, maddə 70; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2022, № 12, maddə 1431; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 sentyabr tarixli 395 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.6-1-ci yarımbənd əlavə edilsin:
"3.1.6-1. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər iştirakçılardan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iştirakçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya iştirakçı tərəfindən təmin edilir.”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006; 2018, № 2, maddə 181, № 5, maddə 920, № 6, maddə 1196, № 9, maddə 1825; 2019, № 1, maddə 59, № 2, maddə 218, № 5, maddə 837; 2020, № 2, maddə 93; 2022, № 12, maddə 1433) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:
"5.4-1. Bu Qaydanın 5.4-cü bəndində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciəti göndərən şəxsdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciəti göndərən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciəti göndərən şəxs tərəfindən təmin edilir.”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 877 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 682; 2019, № 2, maddə 241; 2022, № 8, maddə 858, № 12, maddə 1423) ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”na aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
"2.2-1. Təsdiqedici sənədi almaq üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sahibkardan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sahibkarın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sahibkar tərəfindən təmin edilir.”.
Xəbər 332 dəfə oxunub.