Bu gün Rusiya Prezidenti Putin Azərbaycan lideri Əliyev və Ermənistanın Baş naziri Paşinyan arasında danışıqlara vasitəçilik edəcək. Paşinyan etiraf edib ki, Qarabağ Azərbaycandır. Ona görə də sülh müqaviləsi mümkündür. Ancaq üç rəqabət platforması var: Rusiya, AB, ABŞ.
Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Paşinyan Ermənistanı Rusiyadan ayırmaq və Fransanın aparıcı rol oynadığı AB-nin vasitəçiliyi ilə sülh müqaviləsi imzalamaq istəyir. Fransa isə dünyanın ən ermənipərəst ölkəsidir. Azərbaycan və Ermənistan həm Rusiyaya, həm ABŞ-a, həm də AB-yə hörmətini bildirir və üç yerdə növbə ilə danışıqlar aparır. Bu gün növbə Rusiyanındır. Rusiya ilə ABŞ və AB arasında fərq ondadır ki, Rusiya öz sərhədlərində sabit sülh istəyir. ABŞ və AB üçün isə əsas məsələ sülh deyil, Rusiyanın sıxışdırılması və manipulyasiya üçün bölgəyə girmələridir”, - o bildirib.
Xəbər 222 dəfə oxunub.