Prezident İlham Əliyev "Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 90 nömrəli, "Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fırman imzalayıb.
Aktual.az fərmanı mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun 2-3.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sosial xarakterli fövqəladə mühit rejimi Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edildiyi halda Azərbaycan Respublikasının Prezidenti, ayrı-ayrı yerlərdə tətbiq edildiyi halda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.2. həmin Qanunun 2-3.3-cü maddəsinin ikinci cümləsində və 2-3.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
1.3. həmin Qanunun 2-2.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun 2-3.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.1.3. həmin Qanunun 2-3.6-cı maddəsinə uyğun olaraq, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydasını və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
2.2. "Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. "Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 529) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adına, preambulaya və 2.1-ci bəndə "vəziyyət” sözündən sonra "və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:
"2.1-1. həmin Qanunun 2-3.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sosial xarakterli fövqəladə mühit rejimi Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edildiyi halda Azərbaycan Respublikasının Prezidenti, ayrı-ayrı yerlərdə tətbiq edildiyi halda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.1-2. həmin Qanunun 2-3.3-cü maddəsinin ikinci cümləsində və 2-3.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;”;
3.3. 2.2-ci bəndə "Qanunun” sözündən sonra "2-2.3-cü maddəsinin birinci cümləsində,” sözləri əlavə edilsin.
4. "Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 9; 2017, № 12 (I kitab), maddə 2303; 2020, № 3, maddə 248) adına, preambulasına və 1.1-ci bəndinə "vəziyyət” sözündən sonra "və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.
***
Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanununun tətbiqi və "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-1-ci, 48.1-ci, 48.1-1-ci maddələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.1-3-cü maddəsinin birinci cümləsində, 48.1-4-cü, 48.1-4.1-ci, 48.1-4.2-ci, 48.1-5-ci, 48.1-6-cı və 48.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 48.1-2-ci maddəsinin ikinci cümləsində və 48.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini (iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət vaxtı və hərəkət sürəti, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin həmin Qanunun 48.1-1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələri ilə müşayiət edilməsi tələb olunduqda, hərəkət marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;
1.4. həmin Qanunun 1.0.8-1-ci maddəsində, 48.1-3-cü maddəsinin birinci cümləsində və 48.1-4-cü maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 48.1-1-ci və 48.1-4.1-ci maddələrində "orqan (qurum)” dedikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiət avtomobili ilə müşayiət olunmasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, mühafizə avtomobili ilə müşayiət olunmasına münasibətdə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 48.1-4.2-ci, 48.1-5-ci və 48.1-6-cı maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləğini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661, № 6, maddə 1064, № 11, maddə 1840; 2017, № 6, maddə 1083; 2018, № 12 (I kitab), maddə 2600; 2019, № 5, maddə 838, № 8, maddə 1408; 2020, № 5, maddə 544; 2021, № 1, maddə 17, № 6 (I kitab), maddə 593; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2047 nömrəli və 30 mart tarixli 2076 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə "Qanununun” sözündən sonra "1.0.8-1-ci,” sözləri əlavə olunsun və həmin bənddə "və 59-cu maddəsində” sözləri ", 48.1-ci, 48.1-1-ci maddələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.1-3-cü maddəsinin birinci cümləsində, 48.1-4-cü, 48.1-4.1-ci, 48.1-4.2-ci, 48.1-5-ci, 48.1-6-cı, 48.2-ci və 59-cu maddələrində” sözləri ilə əvəz edilsin;
3.2. 2.1-1-ci bənddən "48.2-ci maddəsində,” sözləri çıxarılsın;
3.3. aşağıdakı məzmunda 2.1-2-ci, 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilsin:
"2.1-2. həmin Qanunun 48.1-2-ci maddəsinin ikinci cümləsində və 48.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
"2.3-1. həmin Qanunun 1.0.8-1-ci maddəsində, 48.1-3-cü maddəsinin birinci cümləsində və 48.1-4-cü maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
2.3-2. həmin Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini (iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət vaxtı və hərəkət sürəti, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin həmin Qanunun 48.1-1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələri ilə müşayiət edilməsi tələb olunduqda, hərəkət marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;”;
3.4. 2.2-ci bənddən "48.1-ci,” sözləri çıxarılsın;
3.5. 2.3-cü bənddə "beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə sərhəddə "İcazə” blankları verildiyi hallarda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, digər hallarda isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
3.6. 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.7-ci və 2.8-ci bəndlər əlavə edilsin:
"2.7. həmin Qanunun 48.1-1-ci və 48.1-4.1-ci maddələrində "orqan (qurum)” dedikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiət avtomobili ilə müşayiət olunmasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, mühafizə avtomobili ilə müşayiət olunmasına münasibətdə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;
2.8. həmin Qanunun 48.1-4.2-ci, 48.1-5-ci və 48.1-6-cı maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.”.
Xəbər 179 dəfə oxunub.