İlham Əliyev 2 fərman imzaladı

İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Aktual.az fərmanın mətnin təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 65-ci maddəsinin 4-cü hissəsində (birinci halda) "orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 65-ci maddəsinin 4-cü hissəsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı göstərilən xidmətlərə görə xidmət haqlarının məbləğlərini üç ay müddətində müəyyən etsin.
4. "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486; 2000, № 3 (I kitab), maddə 158; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 4, maddə 231; 2006, № 8, maddə 660; 2008, № 3, maddə 174, № 8, maddə 714; 2009, № 7, maddə 542; 2012, № 11, maddə 1080; 2014, № 10, maddə 1217, № 12, maddə 1552; 2016, № 2 (II kitab), maddə 239; 2017, № 7, maddə 1320, № 12 (I kitab), maddə 2342; 2019, № 3, maddə 436, № 5, maddə 843; 2020, № 5, maddə 559; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1922 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-1-ci bəndə "cümlələrində” sözündən sonra ", 65-ci maddəsinin 4-cü hissəsində (hər iki halda)” sözləri əlavə edilsin;
4.2. 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.10-cu və 2.11-ci bəndlər əlavə edilsin:
"2.10. həmin Məcəllənin 65-ci maddəsinin 4-cü hissəsində (birinci halda) "orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
2.11. həmin Məcəllənin 65-ci maddəsinin 4-cü hissəsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 118; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 dekabr tarixli 1914 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndində "ilkin nizamnamə fondu 100 000 (yüz min)” sözləri "nizamnamə fondu 2 209 512,9 (iki milyon iki yüz doqquz min beş yüz on iki manat doxsan qəpik)” sözləri ilə əvəz edilsin.
Xəbər 204 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR