Prezident İlham Əliyev "Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Aktual.az xəbər verir ki, fərmanla "Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası” təsdiq edilib.
Bundan başqa, dövlət başçısının digər fərmanı ilə "Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında Əsasnamə” və "Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə” təsdiq edilib.
Xəbər 245 dəfə oxunub.