İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu
  • İDMAN

Rumıniyanın Konstantsa şəhərində keçirilən U-20-lər arasında çimərlik güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı qızıl medal qazanıb.
 
Aktual.az xəbər verir ki, Fərid Cabbarov (90 kq) dünya çempionu olub.
 
Zəfər Əliyev (+90 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib, Rübail İbrahimli (70 kq) bürünc mükafat qazanıb. Yalnız Fərid Yusifov (80 kq) medalsız qalıb.
 
Bu nəticə ilə Azərbaycan meydan sahibi Rumıniyadan (95 xal) sonra ikinci olub. Azərbaycan millisi 68 xal qazanıb.
 
Qeyd edək ki, daha əvvəl Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərlidən (80 kq) ibarət Azərbaycanın çimərlik güləşi üzrə U-17 millisi eyni məkanda həm fərdi yarışda, həm də komanda hesabında dünya çempionu olub.


Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR