"Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.
Qaynarinfo-nun məlumatına görə, təcrübəli mütəxəssis vəzifəsindən istefa verib.
Terim bu gün klub prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Terimlə görüşün ardından "sarı-qırmızlılar”ın İdarə Heyətinin iclası olub və baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.
Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə "Qalatasaray”a rəhbərlik edən Fatih Terimin "cim-bom”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.
Xəbər 358 dəfə oxunub.