Şahin Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə rəis təyin edilib.
Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Şahin Əliyev 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub.
Şahin Əliyev telekommunikasiya sahəsində 14 illik peşəkar təcrübəyə malikdir. Belə ki, o, 2007-ci ildən etibarən İKT sahəsində ölkənin ən qabaqcıl şirkətlərində mühəndis, ekspert mühəndis, şöbə müdiri, departament direktoru və digər rəhbər vəzifələrdə çalışıb.
Bundan əlavə, İKT sahəsində və idarəetmədə fərqləndiyinə görə müxtəlif yerli və beynəlxalq sertifikat və diplomlarla təltif olunub. /Trend
Xəbər 516 dəfə oxunub.