Çin 2020-ci ildən kosmosa kommersiya səfərlərinin təşkilini planlaşdırır.
Aktual.az Azertac-a istinadən xəbər verir ki, bu barədə "ChinaRocket” şirkətinin prezidenti Xan Çinpin Cuxay şəhərində keçirilmiş 11-ci Çin beynəlxalq aviasiya və kosmonavtika sərgisində məlumat verib.
Xan Çinpin bildirib ki, kosmosa turizm səfərlərinin təşkili ilə bağlı üçmərhələli proqram hazırlanıb. 2020-2024-cü illəri əhatə edən ilkin mərhələdə 3-5 nəfərlik turist qrupları 10 tonluq kosmik təyyarələrdə Yer kürəsindən 60-80 kilometr yüksəkliyə uçmaq imkanı qazanacaq. Növbəti mərhələlərdə isə turistlər daha böyük təyyarələrlə bir qədər də yüksəkliyə (120-140 kilometr) uça biləcəklər.
Mütəxəssislər Çinin kosmos turizm bazarının 2020-ci ildə 4,6 milyard ABŞ dollarına çatacağını proqnozlaşdırırlar.
Aktual.az
Xəbər 485 dəfə oxunub.