2020-ci ildə ən çox ehtiyac duyulacaq 8 peşə

2020-ci ildə ən çox ehtiyac duyulacaq 8 peşə

İş dünyası sürətlə dəyişərkən, iş dünyasının ehtiyacları və tələbləri də sürətlə forma dəyişdirir. Dünya İqtisadiyyat Forumun açıqladığı "İşlərin Gələcəyi" adlı araşdırmasına görə demoqrafik dəyişikliklər və texnologiyanın inkişafı ilə əlaqədar 2020-ci ildə 5 milyona yaxın peşənin yox olacağı deyilir. 
 
Dünyanın ən böyük iqtisadiyyat mütəxəssislərinin iştirakı ilə bu mövzuda detallı bir hesabat hazırlanıb. Yox olacaq peşələrlə birlikdə, gələcəkdə yüksəlməkdə olan peşələrlərin də siyahısı çıxarılıb. Pahoo sizə məhz həmin peşələri təqdim edir:
 
Məlumat (Data) analistlərinə olan ehtiyac artacaq.
 
Hesabata görə, 2020-ci ildə bütün sənayə sahələri üçün data analistliyi məcburi ehtiyac olacaq. Çünki yeni texnologiyalar sürətlə inkişaf edir və davamlı olaraq yeni məlumat istehsal edir, şirkətlərin isə həmin məlumatları düzgün şəkildə dəyərləndirməsi üçün data analistlərinə ehtiyac var.
 
Kompüter və riyaziyyat təmayüllü bütün peşələrə ehtiyac artacaq.
 
Kompüter mühəndisliyi, proqramlaşdırma, məlumat təhlükəsizliyi kimi sahələrin mütəxəsisləri getdikcə daha çox dəyər qazanmağa davam edəcəklər. 
 
Memar və mühəndislərin öz peşələrinə görə narahatlıq keçirmələrinə ehtiyac yoxdur.
 
Memarlıq və mühəndisliyə olan ehtiyac dəyişməyəcək, hətta yüksəlişə keçəcək. Xüsusilə biokimya, nanotexnologiya, robot mühəndisliyinə olan ehtiyac yüksələcək.
 
Satış mütəxəssisləri də yüksəlişdə olacaq.
 
Texnologiya inkişaf etdikcə, şirkətlərin şəbəkəsi də genişlənəcək. Bu işdə ən kritik vəzifəni isə işini yaxşı bilən satış mütəxəssisləri olacaq.
 
Dəyişikliyi və yeniliyi idarə edə biləcək menecerlər
 
Media, əyləncə və digər sahələrin texnoloji yeniliklərlə birlikdə dəyişməsini düzgün idarə edəcək menecerlər 2020-ci ildə daha çox əhəmiyyətə sahib olacaqlar.
 
Ticarət və sənayə məhsulları dizaynerlərinə ehtiyac daha da artacaq.
 
WEF hesabatı 2020-ci ildə yaradıcı insanlara olan ehtiyacın daha da yüksələcəyini deyir. Gələcəkdə primitiv işlərin robotlar edə bilsə də, yaradıcı beyin sadəcə insanda var və dəyəri artacaq.
 
HR menecerlər şirkətlərdə rolunu qoruyacaq.
 
Hesabatda iştirak edən şirkətlərin 65%-i öz işçilərini inkişaf etdirməkdə, onların yeni şeylər öyrənməsində maraqlı olduğunu bildirir. Bu işlə məşğul olacaq menecerlərin rolu da gələcəkdə öz önəmini qoruyacaq.
 
İş dünyası texnologiya ilə tanış olduqca, hüquqi platformaya da ehtiyac yaranacaq.
 
Xüsusilə dövlət bürokratiyasında yeni texnologiyaları yaxşı bilən, nizamnamə və qanunları yeniliklərə uyğunlaşdıra biləcək adamlara ehtiyac olacaq. Paralel olaraq özəl şirkətlər də bu xüsusiyətləri olan işçiləri axtaracaq. //pahoo.az
 
Xəbər 1557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR