Yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib.
"Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.
Yeraltı təkanlar 6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
***
Lənkəranda zəlzələ olub.
"Report"un yerli bürosu xəbər verir ki, yeraltı təkanlar saat 02:40-da qeydə alınıb.
İlkin məlumata görə, zəlzələ 3,5-4 amplitudada baş verib.
Xəbər 427 dəfə oxunub.