Bakıda 15 yaşlı qız itkin düşüb.
APA-nın məlumatına görə, oktyabrın 29-da Bakı şəhəri Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Vəfa Məmmədova saat 16 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bu barədə polis idarəsini itkin düşmüş qızın anası Məhəbbət Məmmədova məlumatlandırıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 417 dəfə oxunub.