Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb

Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin doqquz ayında respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, hesabat dövründə respublika ərazisində təbii və texnogen mənşəli 14 min 192 hadisə baş verib. Bu da 2018-ci ilin doqquz ayı ilə müqayisədə 622 hadisə və ya 5 faiz çoxdur.
Həmin hadisələr nəticəsində 60 nəfər həlak olub, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.
Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR