Bakıda üç nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Bakıda üç nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.

"Report”un xəbərinə görə, əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində üç nəfər saxlanılıb.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən 1975-ci il təvəllüdlü, əvvəllər məhkum edilmişK.Cəfərovdan 530 qram heroin, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi (PŞ) əməkdaşları tərəfindən 1998-ci il təvəllüdlü Ə.Məsumovdan 221 qram heroin aşkar edilərək götürülüb.
Bundan başqa,Yasamal RPİ-nin Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü R.Babayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 293 qram heroin aşkar edilərək götürülüb.
Hər üç faktla bağlı araşdırmalar aparılır.
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR