Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, oktyabr ayının 21-də törədilən 18 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. 
Axtarışda olduğuna görə, ümumilikdə, 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR