Bakıda kişi arvadını qətlə yetirib.
"Report”un xəbərinə görə, Nizami rayonunda 38 yaşlı İlham Əkbərov arvadı, 36 yaşlı Cəvahir Əkbərovanı bıçaqlayaraq öldürüb.
Həmin şəxs daha sonra Şəki rayonuna gedərək orada könüllü polisə təslim olub.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Xəbər 513 dəfə oxunub.