Goranboy rayonunun Qızılhacılı kəndində orta yaşlı kişini ilan sancıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Qızılhacılı kənd sakini, 1970-ci il təvəllüdlü Etibar Həsənovu həyətdə iş görən zaman ilan sancıb. O, xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 763 dəfə oxunub.