"Nar”-ın dəstək olduğu Azərbaycanın gənc boksçuları Türkiyənin
Sakarya şəhərində keçirilən peşəkar boks döyüşlərində inamlı qələbə qazanıblar.
"Baku Fight Lab” boks klubunun yetirmələri olan Rauf Ağayev və Nicat Həsənov Gürcüstan
boksçularına qalib gəliblər.
Peşəkar boksda 69 kq çəki dərəcəsində ilk dəfə rinqə çıxan Nicat
Həsənov Zaza Amiridze üzərində qələbə qazanaraq debüt görüşünü qələbə ilə bitirib.
52 kq çəki dərəcəsində çıxış edən Rauf Ağayev isə rəqibi Mişiko Şubitidzeni
artıq 3-cü raundda nokauta salaraq rəqibindən tam üstünlüyünü nümayiş etdirib.
"Baku Fight Lab” bir neçə ay öncə yenidən fəaliyyətə başlamış
Azərbaycan Peşəkar Boks Federasiyasında qeydiyyatdan keçib. Federasiya promouter
şirkətlərə boksçular arasında beynəlxalq səviyyəli peşəkar döyüşlər keçirməyə
imkan verir.
Qeyd edək ki, "Nar”, "Baku Fight Lab” (keçmiş
"Rabitə”) boks klubunun rəsmi tərəfdaşıdır. Mobil operatorun dəstəyilə boks klubu
valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlar üçün
peşəkar təlimlər keçir. Gənc boksçuların texniki təchizatı "Nar” tərəfindən
təmin edilir, təlimlər isə klubun Dünya və Avropa çempionu olmuş peşəkarlar
tərəfindən keçirilir. Təlimlərin məqsədi ölkə gənclərinin
zərərli vərdişlərdən uzaq olması və cəmiyyətin layiqli üzvü kimi yetişməsinə
töhfə verməkdir.
Xəbər 221 dəfə oxunub.