İyunun 9-da Azərbaycan ərazisində 3,4 maqnituda gücündə zəlzələ baş verib.
Aktual.az AMEA-nın Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 22:23-də Bərdə stansiyasından 9km qərbdə, Tərtər rayonunda qeydə alınıb.
Ocağı 26 km dərinlikdə yerləşən yeraltı təkanlar hiss olunmayıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xəbər 379 dəfə oxunub.