Azərbaycan kərə yağı idxalını 14%-dən çox azaldıb

Azərbaycan kərə yağı idxalını 14%-dən çox azaldıb

Bu ilin yanvar ayında Azərbaycan 3,885 mln. ABŞ dolları dəyərində 718 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Aktual.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,051 mln. dollar (21,3%) və 123 ton (14,6%) azdır.
Ötən ay yağ idxalı Azərbaycanın ümumi idxalının 0,4%-ni təşkil edib.
Xəbər 591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR