Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 35 467,2 min ton xam neft hasil edilib.
Aktual.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 35,420 mln. tonu əmtəəlik xam neftin payına düşüb.
Bu ilin 11 ayında neft hasilatı ötən ilin müvafiq dövründən 0,2% çoxdur.
2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 27,746 mlrd. kubmetr təbii qaz istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 6,5% çoxdur.
Hesabat dövründə qaz hasilatının 17,417 mlrd. kubmetri əmtəəlik təbii qazın payına düşüb ki, bu göstərici ötən ilin müvafiq dövründən 4,9% artıqdır.
Aktual.az
Xəbər 385 dəfə oxunub.