Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən xəbərə görə, ilkin məlumatlara əsasən, yerli vaxtla sentyabr ayının 11-i saat 04:59-da Qaladan 143 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Yeraltı təkanların maqnitudası 3,5, dərinliyi 60 km olub.