Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə Dadaş Bünyadzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Tural Zülfüqarov yaşadığı evin yataq otağında özünü tavandan asıb. Lakin yaxınları onun intihara cəhdinin qarşısını alıb.
T.Zülfüqarovun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Aktual.az
Xəbər 398 dəfə oxunub.