Azərbaycanda zəlzələ olub.
Aktual.az Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 00:52-də Ağdam rayonundan 7 km şimalda zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.2, dərinliyi 25 km olub.
Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Xəbər 534 dəfə oxunub.