Bakıda vulkan püskürdü

Bakıda vulkan püskürdü

Bu gün səhər saatlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

Nazirlikdən bildirilib ki, Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 10 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.
 
Aktual.az
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR