Avtomobil piyadanı vuraraq öldürdü

Avtomobil piyadanı vuraraq öldürdü

Lənkəranda ötən gün axşam saatlarında avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Məlumata görə, Füzuliküçəsində yolu keçmək istəyən rayon sakini, 1951-ci il təvəllüdlü Malikəjdər Gülverdi oğlu Qasımovu avtomobil vurub. 

O, sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. M. Qasımov bu gün xəstəxanada ölüb.

Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR