Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

"Report" xəbər verir ki, sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.
Danimarkanın varis şahzadəsi, Avstriyanın prezidenti Aleksandr van der Bellen iclasda çıxış edəcək.
Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sarqsyan AŞPA deputatları qarşısında məruzə edəcək.
Yanvarın 26-da da Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı müzakirə olunacaq.
Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var. 
Sessiya yanvarın 26-da başa çatacaq.
Xəbər 343 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR