Aktual.az - Azərbaycandan və dünyadan aktual xəbərlər

Menu
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • MARAQLI
  • "İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır" - Prezident
  • Bu tarixədək qar yağacaq - Xəbərdarlıq
    Bu tarixədək qar yağacaq - Xəbərdarlıq
  • Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...
    Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...
  • Qüdrət Həsənquliyev İlham Əliyevi təbrik edib
    Qüdrət Həsənquliyev İlham Əliyevi təbrik edib
  • Tramp Paşinyana hədiyyə göndərdi
    Tramp Paşinyana hədiyyə göndərdi
  • Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
    Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Prezident açılışda - YENİLƏNİB + FOTOLAR

Prezident açılışda - YENİLƏNİB + FOTOLAR
  • SİYASƏT
  • 17 Yanvar 2018, 11:56

Prezident İlham Əliyev yanvarın 17-də "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Xətai rayonunda yerləşən Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının, 220 saylı yarımstansiyasının, 110 kV-luq "Yasamal 1” yarımstansiyasının, 110 kV-luq "Qobu” yarımstansiyasının və 120 saylı yarımstansiyanın açılışında iştirak edib.

Aktual.az xəbər verir ki, dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib.
"Azərişıq” ASC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə inzibati bina və yarımstansiyalar haqqında məlumat verib.
 
****
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib.

Aktual.az
xəbər verir ki, orijinal layihə əsasında inşa edilən yeni inzibati bina və 220 saylı yarımstansiya bir-biri ilə harmoniya yaratmaqla modern memarlıq üslubuna malikdir.
Prezident İlham Əliyev həmin obyektlərin rəmzi açılışını bildirən lenti kəsib.
"Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlər barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, hazırda "Azərişıq”ın balansındakı bütün energetika qurğularının binaları, eləcə də ofis və yardımçı texniki binalar ən müasir standartlara uyğun inşa edilir. Qeyd edilib ki, əlavə torpaq sahəsi ayrılmadan, sıxlığa səbəb olmadan istismar müddətini keçmiş açıq paylayıcı quruluşlu yarımstansiyaların yerində əsasən qapalı tipli yarımstansiyalar və ərazidən səmərəli istifadə etməklə inzibati binalar tikilir. Yenidənqurmadan sonra istifadəyə verilən 220 saylı yarımstansiyanın ərazisində paralel olaraq meqapolislərin şəhərsalma prinsiplərinə müvafiq qaydada modern memarlıq üslubunda "Azərişıq” ASC-nin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Ofis binası ən müasir standartlara uyğundur. Yeni inzibati binada milli və beynəlxalq memarlıq ənənələri üzvi şəkildə bir-birini tamamlayır.
Sonra dövlət başçısına yeni yarımstansiya barədə məlumat verilib. Bildirilib ki, 1954-cü ildə tikilən və istismar müddəti başa çatan 220 saylı yarımstansiya tamamilə köhnəlmişdi. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı şəhərində həyata keçirilən infrastruktur layihələri, çoxmənzilli binaların tikintisi ilə əlaqədar həmin sosial obyektlərin dayanıqlı elektrik təchizatını təmin etmək üçün bir sıra yarımstansiyaların, o cümlədən 220 saylı yarımstansiyanın yerində qapalı tipli, müasir avadanlıqlarla təchiz edilən yeni yarımstansiya, həmçinin ərazidən səmərəli istifadə etməklə Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Paytaxtın Xətai, Nəsimi, Nərimanov və Səbail rayonlarının böyük hissəsini, o cümlədən bir çox strateji obyektləri elektrik enerjisi ilə təchiz edən yeni yarımstansiya əsaslı şəkildə genişləndirilib. Bu energetika qurğusunun gücü iki dəfədən çox artırılaraq 100 meqavoltamperə çatdırılıb. Hazırda həmin yarımstansiya 100 mindən çox sakini əhatə edən 25 min abonenti, həmçinin perspektivdə yaradılacaq obyektləri də elektrik enerjisi ilə təchiz etmək gücündədir. Yeni yarımstansiyaya "Sahil” yarımstansiyasından 35 kilovoltluq kabel xətti çəkilib. Bununla da mühüm əhəmiyyət kəsb edən Bakının qovşaq yarımstansiyalarının 35 kilovoltluq elektrik təchizatı sxeminin formalaşması işi başa çatdırılıb. Yarımstansiyada müasir tipli vakuum və eleqaz avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri quraşdırılıb. Bununla yanaşı, həmin yarımstansiya SCADA - məsafədən dispetçer idarəetmə sisteminə qoşulub ki, bu da birbaşa elektron idarəetməni təmin edir.
Yeni inzibati binada əməkdaşların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. "Azərişıq” ASC-nin balansındakı bütün inzibati binalarda ən müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasındakı iclas salonu da müasirliyi ilə seçilir. Burada qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə olunmaqla arxiv yaradılıb. Konfrans otağı da müasir tələblər səviyyəsində qurulub.
Sonra Prezident İlham Əliyevə Bakı Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin yenidən qurulan 110/35/10 kilovoltluq "Yasamal-1” yarımstansiyası barədə məlumat verilib. Bildirilib ki, "Yasamal-1” yarımstansiyası Bakı şəhərində tikilən ilk 110 kilovoltluq yarımstansiyalardan biridir. Həmin yarımstansiya fiziki və mənəvi baxımdan istismarını tam başa vurmuşdu, günün tələblərinə cavab vermirdi, artan yüklərin qarşılanmasında, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsində problemlər yaranırdı. Yeni inşa olunan yaşayış binalarının artan güc tələbatını ödəmək, perspektiv inkişafa uyğun olaraq digər istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün "Yasamal-1” yarımstansiyası tamamilə yenidən qurularaq gücü iki dəfədən çox artırılıb. Həmin yarımstansiyada 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, məsafədən idarə edilən SCADA dispetçer mərkəzi inşa olunub. "Yasamal-1” yarımstansiyası dövlət əhəmiyyətli obyektlər də daxil olmaqla Yasamal rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir.
Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə 110 kilovoltluq "Yasamal-1” yarımstansiyasını işə salıb.
Sonra dövlət başçısına 35/10-6 kilovoltluq 120 saylı və Qobu qəsəbəsi ərazisində yeni inşa edilən 110/35/10 kilovoltluq "Qobu” yarımstansiyaları barədə məlumat verilib.
Yasamal rayonu ərazisində 1949-cu ildə tikilib istismara verilmiş 120 saylı yarımstansiyanın da elektrik avadanlıqlarının istismar müddəti bitdiyindən və bu energetika qurğusu texniki parametrlərini itirdiyindən istehlakçıların elektrik təchizatında çətinliklər yaranırdı. Yasamal rayonunda tikilən çoxsaylı hündürmərtəbəli yaşayış binalarının, təhsil, tibb, sosial və məişət obyektlərinin elektrik təchizatını təmin etmək üçün yarımstansiyanın yenidən qurularaq gücləndirilməsi zərurəti yaranmışdı. Bu səbəbdən tamamilə yenidən tikilən 120 saylı yarımstansiyanın gücü də iki dəfə artırılıb. Yarımstansiyada 35, 10 və 6 kilovoltluq yeni qapalı paylayıcı qurğular inşa edilib, müasir tipli eleqaz və vakuum elektrik avadanlıqları, digər avtomatika sistemləri quraşdırılıb. Bununla da həmin yarımstansiya 110 kilovoltluq "Yasamal-1”, "Badamdar” və "Dağlıq” yarımstansiyalarından qidalanan 35 kilovoltluq elektrik təchizat sxeminə daxil edilib. Hazırda 120 saylı yarımstansiyadan dövlət əhəmiyyətli və iri enerji tutumlu obyektlər, yaşayış massivləri və digər sosial obyektlər elektrik enerjisi ilə təmin olunur.
Prezident İlham Əliyevə məlumat verilib ki, Qobu qəsəbəsinin ərazisində ilk dəfə 110 kilovoltluq yeni yarımstansiya inşa edilib. Son illərdə bu ərazidə yaşayış massivlərinin sürətlə artması, o cümlədən Qobu, Güzdək, Aşağı Güzdək, Hökməli, Sulutəpə, Masazır, Müşfiq qəsəbələrinin və Xırdalan şəhərinin böyük bir hissəsinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün bu yarımstansiyanın inşası zəruri idi. Yarımstansiyanın 110 kilovoltluq 3-cü və 4-cü Puta hava xətlərinə birləşdirilməsi üçün 110 kilovoltluq dayaqlar quraşdırılıb, yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə 10 kilovoltluq hava xətləri çəkilib. Yeni inşa edilmiş "Qobu” yarımstansiyasından çəkiləcək 35 kilovoltluq elektrik verilişi xətləri vasitəsilə "502” və "Hökməli” yarımstansiyalarının elektrik təchizatı təmin ediləcək.
Dövlət başçısına "Azərişıq”ın elektrik təchizatı sxemi, 110 kilovoltluq "Bayramzadə” yarımstansiyası, Külək Elektrik Parkı və digər yenidənqurma layihələri barədə də məlumat verilib.
Bakı Paylayıcı Şəbəkəsinin inzibati binası və yeni yarımstansiyalarla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyyələrini verib.









 
Xəbər 567 dəfə oxunub.

Simonyan: Bakıya getməmək qəbuledilməzdir
Simonyan: Bakıya getməmək qəbuledilməzdir
Prezidentin köməkçisi və Qriqoryan birlikdə “Euronews”a müsahibə verib - VİDEO
Prezidentin köməkçisi və Qriqoryan birlikdə “Euronews”a müsahibə verib - VİDEO
Onları xəyanət xisləti birləşdirir... - Komitə sədri
Onları xəyanət xisləti birləşdirir... - Komitə sədri
Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi yaradılıb
Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi yaradılıb
Səfirliyimizə atılan raketin Ramiz Mehdiyevlə nə əlaqəsi?
Səfirliyimizə atılan raketin Ramiz Mehdiyevlə nə əlaqəsi?
Regional əməkdaşlıqda yeni körpü
Regional əməkdaşlıqda yeni körpü
Prezident hərbi paraddan fotolar paylaşıb
Prezident hərbi paraddan fotolar paylaşıb
Sevdiklərinin qucağında ucalan bayrağımız…
Sevdiklərinin qucağında ucalan bayrağımız…
"Bu gün Qarabağın hər qarışında inkişaf, sülh, rifah və azadlıq var" - Türkiyə Prezidenti
“Qanunda istisnalara yol verilməməlidir”-Qüdrət Həsənquliyev

“Qanunda istisnalara yol verilməməlidir”-Qüdrət Həsənquliyev

YAZARLARIMIZ

  • Əfsələddin Ağalarov Ailə institutuna
    Ailə institutuna "batırılan diş" - Əfsələddin Ağalarov yazır
  • Orxan Ülvi Ağlama, atam balası, kişilər ağlamaz...
    Ağlama, atam balası, kişilər ağlamaz...
  • Ayna Məmmədova Gəzəyən kişilər
    Gəzəyən kişilər
  • İbrahim Rüstəmli Uşaqlar, məni güllələyin!..
    Uşaqlar, məni güllələyin!..
TÜM YAZARLAR

SEÇİLMİŞ

  • İlham Əliyev fəhmi və Tramp tramplini
    İlham Əliyev fəhmi və Tramp tramplini
  • Xankəndidəki möcüzə...
    Xankəndidəki möcüzə...
  • Vətənə xəyanətin siması: Arif Məmmədovun qaranlıq həyatı ifşa olunur
    Vətənə xəyanətin siması: Arif Məmmədovun qaranlıq həyatı ifşa olunur
  • “Tacsız virus” – (Əli Kərimlinin 60 illik yubileyi münasibətilə)
    “Tacsız virus” – (Əli Kərimlinin 60 illik yubileyi münasibətilə)
  • Bu şəxslərə vacib xəbər: Eviniz əlinizdən çıxa bilər
    Bu şəxslərə vacib xəbər: Eviniz əlinizdən çıxa bilər

SON XƏBƏRLƏR

  • 18:00
    Şəhidlərimizi təhqir edən ərəblərə hökm oxundu
  • 17:46
    Azərbaycanlı 2025-ci ilin alimi seçildi
  • 17:37
    "Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir" - İlham Əliyev
  • 17:30
    Ərdoğan Prezident İlham Əliyevi təbrik edib
  • 17:29
    "İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır" - Prezident
  • 17:27
    Prezident İlham Əliyev: Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür
  • 17:17
    Uşaqlar arasında yeni virus yayılmayıb, amma... - İnfeksionist
  • 17:00
    Orbandan bədbin proqnoz: 2025 - son il ola bilər
  • 16:45
    İsrail prezidenti İlham Əliyevə zəng etdi
  • 16:30
    “Qarabağ”ın daha bir futbolçusuna Braziliyadan təklif var
  • 16:16
    Bu tarixədək qar yağacaq - Xəbərdarlıq
  • 16:00
    Ukrayna NATO-ya qoşulmaq istəyindən imtina etmir
  • 15:46
    Putin Şeybani və Kəsranı qəbul etdi
  • 15:30
    Növbəti köç karvanı Sos və Horovluya çatdı
  • 15:15
    Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...
  • 15:00
    Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
  • 14:45
    Azərbaycanın iki paytaxtı arasında uçuş sayı artırıldı
  • 14:30
    Qırğızıstandan ruslara qadağa
  • 14:14
    Sabah qar yağacaq
  • 14:00
    "12 şəhər planlaşdırma sənədləri əsasında yenidən qurulur" - Komitə
  • 13:45
    Vuçiç İlham Əliyevə zəng etdi
  • 13:30
    İranda minlərlə məhbus aclıq aksiyası keçirdi
  • 13:17
    "Qərar qərəzli və Azərbaycanı təhdid xarakteri daşıyır" - POLİTOLOQ ŞƏRH ETDİ
  • 13:15
    Prezident və xanımı Ağdamda sakinlərlə görüşdülər
  • 13:15
    Rusiya Ayda elektrik stansiyası tikəcək
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • MARAQLI
  • Haqqımızda
  • Azərbaycan xəbərləri
  • Vakansiyalar 2024

Tel: 0556075470

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.