Almaniyanın məşhur avtomobil istehsalçısı 2018-ci il üçün nəzərdə tutulmuş "Mercedes -AMG E63" sedan avtomobilini təqdim edib.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, yeni model E sinfi tarixində ən güclü avtomobil sayılır.
Kapotun altında V8 obrazlı, 4 litr həcmli mühərrik var. E63 563 at gücü hasil edir.
Tam ötürücülü versiya hesabına avtomobil 100 km/saat sürəti cəmi 3.4 saniyəyə əldə edir.
E63 S versiyası isə 603 at gücündədir və bu sürəti cəmi 3.3 saniyəyə əldə edir. Avtomobilin maksimal sürəti 300 km/saat sürətlə məhdudlaşdırılıb.
Yeni model 9 pilləli "AMG Speedshift" sürətlər qutusu ilə təchiz edilib. Yanacağa qənaət etmək üçün silindrləri deaktiv edən yeni funksiya da var. Eyni zamanda drift həvəskarları üçün Drift rejimi də nəzərdə tutulub.
Avtomobil noyabr ayında keçiriləcək Los-Ancels sərgisində təqdim ediləcək. Mercedes AMG-E63 modelinin satışı gələn ildən başlayacaq.
Xəbər 588 dəfə oxunub.