2018-ci ildə dəbdə olacaq rənglər və geyimlər - SİYAHI

2018-ci ildə dəbdə olacaq rənglər və geyimlər - SİYAHI

Moda dünyasında hər il fərqli modellər və rənglər dəbdə olur. Dəblə ayaqlaşmaq bir qədər çətindir, amma tərzlə geyinməyə önəm verənlər il ərzində ən populyar rənglər və geyimlərdən yararlanmağa çalışırlar. 

"Report" xəbər verir ki, son illər keçmişdən ilhamlanaraq yaradılan geyim tərzləri 2018-ci ildə də fərqli toxunuşlarla moda aləmində önə çıxacaq. 

Qırmızı rəng bütün tonları ilə ilin ən populyar rəngi olacaq. Onun ardınca isə bənövşəyi, sarı və çəhrayi rənglər gələcək. Digər illərə nisbətən bu ilin qışında al-əlvan rənglər dəbdə olacaq.

2018-ci ildə rəngli, zərli və bəzəkli corablar tez-tez qarşımıza çıxacaq. Bu corabları açıq və hündür ayaqqabılarla yanaşı idman ayaqqabıları ilə də geyinmək mümkün olacaq.

İlin ən dəbdə olan parçası məxmər olacaq. Bu parçadan hazırlanan müxtəlif növdə və rəngdə  geyimlər 2018-də qadınların garderoblarını bəzəyəcək.

Üst geyimlərdə isə qalın, olduqca geniş və ya qolları geniş olanlar üstünlük təşkil edəcək. Qolu geniş üst geyimləri 1980-ci illərin dəbini xatırladacaq. Bu geyimləri isə müxtəlif yazılar, naxışlar və qollarında saxta xəzlər bəzəyəcək.

Zolaqlı geyimlər bu il daha çox tünd rənglər üzərində görüləcək. Ofis geyimləri arasında isə kostyumlara keçən ildən nisbətən daha çox üstünlük veriləcək.

Xəbər 1639 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR