2018-ci il “Qara Qarayev ili” elan olundu - FOTO

2018-ci il “Qara Qarayev ili” elan olundu - FOTO

Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilib.

Aktual.az AZƏRTAC-a istinadla xəbər verir ki, toplantının yekun bəyannaməsində Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təklifi ilə 2018-ci ilin Azərbaycanlı bəstəkar Qara Qarayev, qazax Xalq şairi Mağjan Jumabayev və qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə "Anma ili" elan edilməsi qərara alınıb.
Bəyannamədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) mütəxəssislərinin bir araya gələrək işçi qrupunun yaradılması, həmin işçi qrupunun hazırladığı dəyişikliklərin növbəti daimi şura toplantısında imzalanması qərara alınıb.
TÜRKSOY-un 2018-ci ilin Fəaliyyət Proqramının da qəbul olunduğu iclasda qurumun baş katibi Düsen Kaseinov səs çoxluğu ilə yenidən təşkilatın baş katibi seçilib.
Qeyd edək ki, Türküstanda "Türk Dünyasının mədəniyyət paytaxtı" layihəsi çərçivəsində türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş 40-dan çox tədbir keçirilib.
Xəbər 1070 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR