Prezident Mark Şnayeri qəbul etdi

Prezident Mark Şnayeri qəbul etdi

Prezident İlham Əliyev dekabrın 20-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayeri qəbul edib.

Aktual.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerlə görüşü məmnunluqla xatırlanıb.
Görüşdə Bakıda keçiriləcək "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının müxtəlif xalqların və millətlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanda multikulturalizmin dövlət siyasətinin prioritet sahələrindən biri olduğu bildirildi, bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə dostluq şəraitində birgə yaşadığı məmnunluqla qeyd edilib.
Görüşdə, həmçinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Aktual.az
Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR