AFFA "Qarabağ”ı cərimələyib.
Trend-in məlumatına görə, qurumun İntizam Komitəsinin bu gün keçirilən iclasında Ağdam təmsilçisinin 800 manat cərimə olunması barədə qərar qəbul edilib.
Buna səbəb noyabrın 26-da Premyer Liqanın XIII turunun "Zirə” – "Qarabağ” matçında "Qarabağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması olub.
Aktual.az
Xəbər 451 dəfə oxunub.