Almaniyanın Hamburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 75 ölkədən 243 idmançının qatılacağı mundialda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri məlum olub.
Millimizin heyətində 1 boksçumuz 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.
26 avqust
1/16 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Kumar Satiş (Hindistan)
27 avqust
1/8 final. Lorenzo Sotomayor (64 kq) – Eslam Muhamed (Misir)/Nurlan Kobaşev (Qırğızıstan)
1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Maks Van der Pas (Niderland)/Lester Martines (Qvatemala)
28 avqust
1/8 final. Pərviz Bağırov (69 kq) – Damian Kivior (Polşa)/Tuvşinbat Byamba (Monqolustan)
Qeyd edək ki, yarışda avqustun 25-28-də ilkin döyüşlər baş tutacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər avqustun 31-nə və sentyabrın 1-nə təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.
Aktual.az
Xəbər 398 dəfə oxunub.