Prezident İlham Əliyev Azərbaycan Ali Məhkəməsinin bəzi məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Şəlalə Ağakərim qızı Məmmədova Azərbaycan Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib.
Əziz Cəfər oğlu Seyidov isə Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri təyin edilsin.
***
Azərbaycan prezidenti İlham Əliyev bir sıra apellyasiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri, Səadət İnayət qızı Bəktaşi Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apellyasiya Məhkəməsinin sədri, Mübariz Dosməmməd oğlu Əkbərov isə Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilib.
Aktual.az
Xəbər 319 dəfə oxunub.