Dünya birjalarında neft bahalaşıb.
Aktual.az "APA”ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,35 dollar və ya 0,78% artaraq 45,48 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,35 dollar və ya 0,73% artaraq 48,14 dollar olub.
Aktual.az
Xəbər 324 dəfə oxunub.