Millət vəkili Qənirə Paşayeva Tovuzdafiziki imkanları məhdud sakinləri ziyarət edib, qayğı və problemləri iləmaraqlanıb
Millət vəkili Qənirə Paşayeva Tovuzda fiziki və
sağlamlıq imkanları məhdud sakinləri ziyarət edib, qayğı və problemləri iləmaraqlanıb
və müvafiq qurumlarla onlara dəstək istiqamətində müzakirələr aparıb. Millət vəkili
Qənirə Paşayevanın xahişi ilə Gəncliyə Yardım Fondu tərəfindən fiziki və
sağlamlıq imkanları məhdud insanlara hədiyyə edilən əlil arabalarını millət vəkili
əlillərə təqdim edib. Fiziki və sağlamlıq imkanları məhdud şəxslərə dövlət
tərəfindən göstərilən diqqət və qayğıdan danışan millət vəkili Qənirə Paşayeva
bu əlil arabalarının fiziki və sağlamlıq imkanları məhdud şəxslərə sərbəst hərəkət
etmək imkanı yaratmaqla yanaşı, onların cəmiyyətə daha sıx inteqrasiya
olunmasına geniş imkanlar yaradacağını deyib. Fiziki və sağlamlıq imkanları məhdud
şəxslər millət vəkili Qənirə Paşayevaya və əlil arabalarını təqdim edən Gəncliyə
Yardım Fonduna öz təşəkkürlərini bildiriblər. Eyni zamanda millət vəkili Qənirə
Paşayeva fiziki imkanları məhdud şəxslərin və ailələrininin qayğı və problemləri
ilə maraqlanıb, onların yerində həlli istiqamətində müvafiq qurumlarla müzakirələr
aparıb. Fiziki imkanları məhdud istedadlı gənc Güllüzar Əliyeva ilə görüşdə
onun əl işləri ilə yaxından tanış olan millət vəkili Q.Paşayeva iyun ayı
sonunda onun fərdi sərgisini təşkil edəcəyinə söz verib və bildirib ki, Güllüzar
xanım bütün problemlərə baxmayaraq özünün mübarizliyi, zəhmətkeşliyi, faydalı
olmaq duyğusu ilə yüzlərlə gənc insana ən gözəl örnəklərdən biridir.
Millət vəkili Qənirə Paşayeva eyni
zamanda Tovuzun kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, onların
müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib,
müzakirələr aparıb.Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş
tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə,
ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək
göstərilməsi ilə bağlı olub. Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin
yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi
ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini
təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə
bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri
ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında
ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra
vətəndaşlar evlərinə təbii qaz və su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki
problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla
müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil,
elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili
onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr
aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların
narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik
olmalarını da izah edib. Q.Paşayeva son illlər Prezidentin rəhbərliyi altında
ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları
artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağınainandığını
bildirib. Millət vəkili kəndlərdə bir sıra şəhid ailələri və müharibə əlilləri
ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində
çalışacağını bildirib.