Bakıda yanğın faktı qeydə alınıb.
Aktual.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli, 1 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 10 m2 sahədə, içərisindəki əşyalar qismən yanıb və yüksək temperaturdan mətbəxin qapı və pəncərəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 2:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Aktual.az
Xəbər 301 dəfə oxunub.