Aprelin 13-dəYeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının binasında Milli Məclisin deputatı Azay Quliyev seçiciləriilə növbəti görüş keçirib.
Azay Quliyev seçicilərin məşğulluq, səhiyyə, hüquq, əfv və digər məsələlərlə bağlı müraciətlərini dinləyib. Millət vəkili səsləndirilən problemlərin həll edilməsi üçün müvafiq qurumlarla əlaqə saxlayacağını və növbəti görüşədək bütün məsələlərin araşdırılacağını qeyd edib.
Deputat həmçinin Milli Məclisdə qaldırdığı məsələlər, qəbul olunan qanun və qərarlar haqqında da seçicilərinə ətraflı məlumat verib.


