Dünya birjalarında neft yenidən bahalaşıb.
Aktual.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar və ya 0,54% artaraq 53,69 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,09% artaraq 56,19 dollar olub.
Aktual.az
Xəbər 696 dəfə oxunub.