Azərbaycan Milli Məclisininin yaz sessiyasının ikinci plenar iclası başlayıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələ daxildir. Bunlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın İllik Məruzəsi, İnzibati Xətalar Məcəlləsinə, Meşə Məcəlləsinə dəyişiklik, o cümlədən yeni hazırlanan "Hərbi vəziyyət haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanun layihələridir.
Aktual.az
Xəbər 406 dəfə oxunub.