Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşlarının sıra baxışını keçirəcək
Aktual.az xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sıra baxışı Çevik-Polis Alayının mərasim zalında baş tutacaq.
Nazir DYP əməkdaşlarının fiziki hazırlığına diqqət yetirəcək, daha sonra onlara vətəndaşlarla ünsiyyət zamanı, habelə xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində tapşırıqlar verəcək.
Aktual.az
Xəbər 531 dəfə oxunub.