Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

 


Qoç - emosiya və istəkləriniz ən yüksək həddə çatacaq. Məntiq və zərurət çərçivəsində fəaliyyət göstərin, işlərinizi planlaşdırın. Tələskən qərarlar və açıqlamalar işə zərər vurmaqla yanaşı, iş yoldaşı və ya tərəfdaşınızla münasibətlərə də sərinlik gətirə bilər.

Buğa -  ambisiyalarınızı cilovlayın, hövsələsiz olmayın, neytral məsələlərlə məşğul olun. Bu gün əsas məsələ tələblərdə ifrata varmamaq və şəxsi münasibətlərdə vəziyyəti dramatikləşdirməməkdir. Alış-verişdə bədxərclik etməyin. Səhhətinizə daha çox fikir verin.

Əkizlər - təmkinli və səbrli olmaq çox mühümdür. Sizi münaqişəyə cəlb etmək üçün səy göstərən insan var. Oyun qaydaları və qarşılıqlı münasibətlərin sxemləri dəyişir. İlk növbədə, öz maraqlarınızı nəzərə alın.

Xərçəng - şəxsi münasibətlərdə həddən artıq tələbkar və inadkar olmayın. Gün ərzində yaşanan problemləri faciəyə çevirməyin, gələcəyə baxın.

Şir - yaradıcılıq potensialınızı nümayiş edə biləcəyiniz işlərlə məşğul olun. Səhhətlə bağlı problem yarana bilər. Virus və ya infeksiya riski böyükdür.

Qız - emosiyalar pik nöqtəsinə çatıb. Gün parlaq, maraqlı, dinamik, çoxsaylı görüşlər, xəbərlər, zənglərlə müşaiyət olunan bir dövrdür.

Tərəzi - gördükləriniz əsasında yox, əqlinizə görə qərar verin. Əqllə müqayisədə gözlər daha üstün olardısa, qartal ən müdrik varlığa çevrilərdi. Ambisiyalarınızı qidalandıran işlə məşğul olun.

Əqrəb - fikirləri reallaşdırın, səd və maneələri dəf edin. Hazırlaşın, bütün bunlar asan olmayacaq. Etiraf və izahatlarla tələsməyin. Şəxsi həyatda hər şey dəyişə bilər. Hadisələri tələsdirməyin.

Oxatan - Saturn, Venera və Plutonun enerjisi əlaqələrin çətin sxemlərini hərəkətə gətirir.  ulduzlar bu gün sizə əlavə imkanlar yaradır. Bir neçə yeni variant peyda olur.

Oğlaq - İndi hansı mövzunun və ya məsələnin daha önəmli olduğunu müəyyənləşdirin. Situasiyanı xeyrinizə dəyişə biləcəyiniz məqamla müstəvini seçin.

Dolça - ötənlərdəki hadisələrin nişanələri peyda olarsa, buraxmayın. Daxili gərginliyin səviyyəsini aşağı salmaq, müəyyənliyə nail olmaq, suallara cavab almaq imkanları var.

Balıqlar - şəxsi münasibətlərdə qarşılıqlı iddialar, umu-küsü peyda ola bilər. Çətindir, amma kompromis tapmaq olar. Sonradan hər şeyi təkrarlamamaq üçün etdiyiniz əməllərə yenidən qayıtmayın.(milli.az)
 
Aktual.az
Xəbər 731 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR