Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq
SOCAR-dan Aktual.az-a verilən məlumata görə, yanvarın 17-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Hərbi-hissə" (Xaşa-xuna) və "Zeytun" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Aktual.az
Xəbər 454 dəfə oxunub.