Bankların valyuta satışını dayandırması "qara bazar”ı canlandırıb.
Aktual.az Fins.az-a istinadən xəbər verir ki, bu gün həmin sektorda valyuta satışı bərpa edilib.
"Qara bazar”ın yenidən işə başlaması ilə dollar və avronun alış-satış qiymətləri də bahalaşıb. Bu gün "qara bazar”da 1 dollar 1,8350 manata satılır. ABŞ valyutasının alış qiyməti isə 1,8250 manatdır.
Avropa valyutası isə daha çox bahalaşıb. "Qara bazar”da 1 avro 1,9700 manata satılır. Alış qiyməti isə 1,9400 manat müəyyən edilib.
Aktual.az
Xəbər 450 dəfə oxunub.