Dollar dəyişmək üçün ən sərfəli banklar

Dollar dəyişmək üçün ən sərfəli banklar

Noyabrın 24-də Azərbaycan bankları arasında dolları ən yüksək qiymətlə alan bank "Amrahbank”dır. 

Aktual.az  Fins.az-a istinadən xəbər verir ki, bu bank Amerika valyutasını 1,7785 manata alır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank isə "Yapı Kredi Bank”dır. Bu bankda dolların alış qiyməti 1,6462 manatdır.

ABŞ dollarının ən aşağı satış qiyməti isə "Pakistan Milli Bankı”nın Azərbaycan filialındadır-1,7600 manat. Ancaq bu bank bu gün valyuta satmır. Digər bankların əksəriyyətində ABŞ valyutasını 1,7830 manata satılır. Dolların ən yüksək satış qiyməti də 1,7830 manatdır.

Avro qiymətləri 

Bu gün avronu ən baha satan "Azərpoçt”dur. Burada Avropa valyutasının satış məzənnəsi 1,8900 manat müəyyən edilib. Avronu ən ucuz "Dəmirbank” satır - 1,8795 manat.

Avronu ən ucuz alan isə "Yapı Kredi Bank”dir - 1,7356 manat. Avropa valyutasını ən baha alan isə "Amrahbank”dır. Bu bankda 1 avro 1,8700 manata alınır. 
 
Aktual.az
Xəbər 624 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR