Tərtərin Qaynaq kəndində 1 ədəd partlamış top mərmisinin qalıqları tapılıb.
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Aktual.az-a verilən məlumata görə, ümumilikdə agentlik tərəfindən 7 Aprel – 22 noyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib, 3 956 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası” və 45 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Aktual.az
Xəbər 456 dəfə oxunub.