Daha bir kəndə qaz verildi

Daha bir kəndə qaz verildi

Bu gün Saatlı rayonunun Genişkənd kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib.

Aktual.az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 123 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9 432 metr oıan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Hazırda Saatlı rayonunun daha 7 kəndində (Şirinbəyli, Sarıcalar, Qara Nuru, Qazanbatan, Məmmədabad, Çolpı və Əliabad kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
 
Aktual.az
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR