Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə arabir çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aktual.az-a  verilən məlumata görə, sabah paytaxt və yarımadada mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 29-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, yüksək dağlıq ərazilərdə gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişli olsa da, 30-da atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.    
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR