Bu gün Xəzər dənizində zəlzələ baş verib.
Aktual.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən xəbərə görə, Astaradan 48 km şərqdə zəlzələ yerli vaxtla saat 02:01:58-də qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.3, dərinliyi 22 km olub.
Zəlzələ hiss olunmayıb.